14:22, 07.10.2026
AR ETN Genetik Ehtiyatlar İnstitutunda Ümumdünya Layiqli Əmək Günü qeyd olunub.
7 oktyabr – Ümumdünya Layiqli Əmək Günü münasibətilə AR ETN Genetik Ehtiyatlar İnstitutunda maarifləndirici tədbir keçirilmişdir.
Tədbirin keçirilməsində əsas məqsəd əmək hüquqları və vəzifələri, layiqli əmək şəraiti, işçilərin hüquqlarının müdafiəsi, sağlam və təhlükəsiz əmək mühitinin formalaşdırılması, əmək münasibətlərində qarşılıqlı hörmət və sosial tərəfdaşlığın əhəmiyyəti barədə əməkdaşların məlumatlandırılması olmuşdur. Tədbirdə institutun rəhbərliyi, elmi işçiləri və digər əməkdaşları, həmçinin həmkarlar təşkilatının nümayəndələri iştirak etmişlər.
Tədbiri institutun direktor vəzifəsini icra edən, biologiya üzrə fəlsəfə doktoru Natavan Kələntərova açaraq sözü İnstitutun həmkarlar komitəsinin sədri Rzaqulu Hacıyevə vermişdir.
R. Hacıyev işçilərin hüquq və mənafelərinin qorunması, kollektivdə qarşılıqlı əməkdaşlığın və həmrəyliyin gücləndirilməsinin vacibliyini vurğulamışdır.
Tədbirdə həmçinin İnstitutun texniki təhlükəsizlik üzrə mühəndisi Yaqut Əliyeva çıxış edərək, iş yerlərində sağlam və təhlükəsiz əmək mühitinin formalaşdırılması, texniki təhlükəsizlik qaydalarına riayət olunması və əmək şəraitinin yaxşılaşdırılması ilə bağlı təklif və təşəbbüslərini səsləndirmişdir.
Tədbirdə, həmçinin sağlam və təhlükəsiz əmək mühitinin mühüm tərkib hissəsi kimi işçilərin sağlamlığının qorunması və zərərli vərdişlərin, o cümlədən narkomanlığın qarşısının alınması məsələləri müzakirə olunub. Narkotik vasitələrin və psixotrop maddələrin insan sağlamlığına, əmək qabiliyyətinə və iş mühitinə mənfi təsiri barədə məlumatlılığın artırılmasının, sağlam həyat tərzinin təşviqinin, eləcə də ailənin rolunun və valideyn məsuliyyətinin gücləndirilməsinin vacibliyi vurğulanıb.
Müzakirələr zamanı əməkdaşların sağlamlığının qorunması, təhlükəsiz əmək mühitinin təmin edilməsi və zərərli vərdişlərin qarşısının alınmasına yönəlmiş maarifləndirmə işlərinin davam etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Sonda layiqli əmək şəraitinin təmin edilməsi, əmək hüquqlarına hörmət, işçilərin sağlamlığının qorunması, təhlükəsiz əmək mühitinin formalaşdırılması və sosial tərəfdaşlığın inkişaf etdirilməsinin vacibliyi qeyd olunub.