ELANLAR
10:06, 18.09.2013
“Almaniyada doktorantura təhsili və elmi tədqiqat imkanları” mövzusunda seminar keçiriləcək

20 sentyabr 2013-cü il tarixdə saat 11:00-da AMEA İnformasiya Texnologiyaları İnstitutunun böyük konfrans zalında (2-ci mərtəbə) AMEA və Alman Akademik Mübadilə Xidməti (DAAD) tərəfindən “Almaniyada doktorantura təhsili və elmi tədqiqat imkanları” mövzusunda seminar keçiriləcək.

AMEA institut və təşkilatlarının doktorant və dissertantları, eləcə də bu qurumlarda fəaliyyət göstərən alimlər seminara dəvət olunurlar.

Seminarda iştirak etmək istəyənlərdən formanı 20 sentyabr 2013-cü il tarixinədək dolduraraq iro@iit.ab.az ünvanına göndərmələri xahiş olunur.

Qeyd edək ki, qeydiyyat saat 10:00-da başlayır. Seminar ingilis dilində aparılacaq.

Əlavə məlumat almaq istəyənlər aşağıdakı əlaqə vasitələrinə müraciət edə bilərlər.

Tel: 5102760, e-mail: iro@iit.ab.az

 

Mənbəə:  http://science.az/az/index.php?id=5995