10:12, 22.06.2026
Zuvand Dayaq Məntəqəsində kartof əkinlərinə aqrotexniki qulluq işləri davam edir
Genetik Ehtiyatlar İnstitutunun Zuvand Dayaq Məntəqəsində kartof əkin sahələrində aqrotexniki qulluq tədbirləri həyata keçirilir. Hazırda sahələrdə kartof kollarının diblərinin yumşaldılması və kultivasiya işləri aparılır.
Ənənəvi becərmə üsullarından istifadə edilməklə həyata keçirilən bu tədbirlər torpağın hava və su rejiminin yaxşılaşdırılmasına, bitkilərin sağlam inkişafına və yüksək məhsuldarlığın əldə olunmasına xidmət edir.
Zuvand bölgəsinin əlverişli torpaq-iqlim şəraiti kartofçuluğun inkişafı üçün geniş imkanlar yaradır və burada aparılan müşahidələr gələcək tədqiqatlar üçün mühüm əhəmiyyət daşıyır.