16:05, 06.03.2026
ELAN
10.03.2026-cı il tarixində saat 11:00-da Mərkəzi Məlumat Bazasının əməkdaşı İlhamə Mirzəliyevanın “Mərkəzi Məlumat Bazası İnformasiya sisteminin beynəlxalq bazalara inteqrasiyasi – GENESYS, GGCE” mövzusunda seminarı keçiriləcək.
Seminar Milli Genbankın Mərkəzi Məlumat Bazası İnformasiya sisteminin GENESYS, GGCE kimi beynəlxalq bazalara inteqrasiyası prosesinə həsr olunmuşdur. Təqdimatda GGCE (GRİN Global GRIN-Global: İcma Buraxılışı) və Genesys platformaları vasitəsilə məlumatların beynəlxalq şəbəkəyə ötürülmə mexanizmi izah ediləcək. Məlumatların standartlaşdırılması, pasport deskriptorlarının platformanın formatına uyğunlaşdırılması, eyni zamanda, məlumatların GGCE üzərindən sinxronizasiyası və Genesys portalında qlobal səviyyədə əlçatanlığının təmin olunması prosesi izah ediləcək. Bununla yanaşı, kolleksiyadan bəzi bitki nümunələrinin səciyyələndirmə məlumatlarının da GENESYS portalına yüklənilməsi və onlardan istifadə edilməsi qaydaları izah ediləcək.
Beynəlxalq ssitemlərə inteqrasiya Milli Genbank kolleksiyalarının beynəlxalq səviyyədə istifadəsini artırmaqla yanaşı, onların elmi-tədqiqat və seleksiya proqramlarında istifadəsini də genişləndirir.
Seminara institutun elmi işçiləri dəvət olunur.