15:12, 09.12.2025
Elmi Şurada illik hesabatlar dinlənildi
8 dekabr 2025-ci il tarixində Elmi Şuranın növbəti iclası keçirilib. İclasda institutun bir neçə struktur bölməsinin illik fəaliyyətinə dair hesabatlar təqdim olunub.
Kənd təsərrüfatı heyvanlarının genetik ehtiyatları şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov şöbənin cari ildə gördüyü işlər barədə geniş məlumat verib.
Molekulyar sitogenetika şöbəsinin illik fəaliyyət hesabatını isə biologiya üzrə fəlsəfə doktoru Səbinə Mehdiyeva təqdim edib.
Daha sonra Molekulyar genetika və genomika şöbəsinin, eləcə də İnsan genetikası laboratoriyalarının hesabatı tibb üzrə fəlsəfə doktoru Bayram Bayramov tərəfindən Şura üzvlərinə təqdim olunub.
Müzakirələrdən sonra bütün hesabatlar Elmi Şura tərəfindən qəbul edilib.