22:35, 08.12.2025
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən “ProQuest Central” akademik informasiya bazasına hər bir müəssisə üçün fərdi giriş linki hazırlanıb
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən “ProQuest Central” akademik informasiya bazasından istifadənin daha da optimallaşdırılması məqsədilə hər bir müəssisə üçün fərdi giriş linki hazırlanıb. Artıq Genetik Ehtiyatlar İnstitutunun əməkdaşları aşağıdakı keçid vasitəsilə bazadan yararlana bilərlər: https://www.proquest.com/?accountid=223269
“ProQuest Central” bazasından müəssisə daxilində istifadə mümkündür. Müəssisə daxilində sərbəst giriş üçün istifadəçinin avadanlığı qurumun internet şəbəkəsinə qoşulu olmalıdır.