14:35, 02.12.2025
Genetik Ehtiyatlar İnstitutunda doktorluq imtahanı keçirilmişdir
AR Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunda 02 dekabr 2025-ci il tarixində fəlsəfə doktoru hazırlığı üzrə doktorluq imtahanı təşkil olunmuşdur.
2025–2026-ci tədris ilinin qış sessiyası çərçivəsində keçirilən imtahanda “Genetika” fənni üzrə 5 nəfər iddiaçı iştirak etmişdir. Doktorantlar ayrılmış vaxt ərzində verilmiş sualları cavablandıraraq imtahanı uğurla başa vurmuşlar.
İmtahan prosesinə AMEA-nın müxbir üzvü Zeynal Əkpərovun sədrliyi ilə yaradılmış komissiya rəhbərlik etmişdir.