
19:30, 22.10.2025
Genetik Ehtiyatlar İnstitutunda dissertasiya işinin müdafiəsi keçirilmişdir
AR ETN Genetik Ehtiyatlar İnstitutunun (GEİ) doktorantı, iddiaçı biologiya üzrə fəlsəfə doktoru Hüseynova Lalə Saməddin qızının biologiya elm sahəsi üzrə elmlər doktoru elmi dərəcəsini almaq üçün təqdim etdiyi dissertasiya işinin BED 1.37 Dissertasiya Şurasının iclasında müdafiəsi keçirilmişdir.
O, “Genetika” ixtisası üzrə “Azərbaycan əhalisində bəzi irsi xəstəliklərin (fenilketonuriya, qalaktozemiya, mukovissidoz, leysinoz, ağdəniz qızdırması) genetik heterogenliyi və biokimyəvi polimorfizmi” mövzusunda dissertasiya işininin nəticəsini iştirakçıların nəzərinə çatdırmışdır.
Rəsmi opponentlərin rəyləri dinlənildikdən sonra, şura üzvlərinin və iştirakçıların sualları iddiaçı tərəfindən cavablandırılmışdır.
Gizli səsvermənin nəticələrinə əsasən, Lalə Hüseynovaya biologiya üzrə elmlər doktoru elmi dərəcəsi verilməsi ilə əlaqədar AR Prezidenti yanında Ali Attestasiya Komissiyası (AAK) qarşısında vəsatət qaldırılması barədə qərar qəbul edilmişdir.