XƏBƏRLƏR
14:39, 17.10.2025
AR KTN Aqrar Xidmətlər Agentliyi ilə AR ETN Genetik Ehtiyatlar İnstitutu arasında əməkdaşlıq haqqında memorandum imzalanıb
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) nəzdində fəaliyyət göstərən Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzi ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutu arasında 17 oktyabr 2025-ci il tarixində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Sənədin əsas məqsədi kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, innovasiya və laborator xidmətlərin inkişaf etdirilməsi, bitki və heyvan genetik ehtiyatlarının qorunması, habelə müasir analiz və sertifikatlaşdırma sistemlərinin tətbiqi istiqamətində birgə fəaliyyətin gücləndirilməsidir.
Memorandum çərçivəsində tərəflər elmi və texnoloji potensialın birləşdirilməsi, müştərək tədqiqat layihələrinin həyata keçirilməsi, kadr mübadiləsi və laborator imkanlardan qarşılıqlı istifadə kimi sahələrdə əməkdaşlıq edəcəklər.
Bu əməkdaşlıq aqrar elmlərin inkişafına, məhsul keyfiyyətinin yüksəldilməsinə və ölkənin qida təhlükəsizliyinin təmininə mühüm töhfə verəcək