XƏBƏRLƏR
15:09, 16.10.2025
Genetik Ehtiyatlar İnstitutunun daha bir doktorantı fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür.
Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası Kollegiyasının 02.10.2025-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunun İnsan genetikası laboratoriyasının müdiri Bayram İlham oğlu Bayramova 2409.01– “Genetika” ixtisasında tibb elmləri sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir.
Bayramov Bayram "Yoğun bağırsağın bədxassəli şişlərində xərçəng hüceyrələrinin genetik və epigenetik tədqiqi" mövzusunda dissertasiya işini uğurla müdafiə etmişdir.