Adı, soyadı, atasının adı
|
Həsənova Səidə Qasım qızı |
Təhsil aldığı müəsissə: |
AMEA Genetik Ehtiyatlar İnstitutu
|
İxtisas: |
2409.01 «Genetika»
|
Mövzu: |
Noxud (Cicer Arietinum L.) bitkisində növdaxili polimorfizmin öyrənilməsi
|
Elmi rəhbər: |
b.e.d. prof. R.T. Əliyev b.ü.f.d. N.Ş. Mustafayev
|
Qəbul olduğu tarix: |
|
Müdafiə etdiyi tarix: |
2015
|
Mövzunun annotasiyası: |
İlk dəfə olaraq Azərbaycanın müxtəlif rayonlarından toplanmış noxud genotipləri üzərində biomorfoloji, RAPD, ISSR və ən perspektivli markerlərdən hesab olunan SSR marker analizləri kompleks şəkildə aparılmış və nəticədə nümunələr arasında yüksək polimorfizm dərəcəsi aşkar edilmişdir. Genotiplər arasındakı genetik məsafə və genetik oxşarlıq əmsalları əsasında genotiplərin genetik qohumluq dərəcəsi müəyyən edilmişdir. UBC 880 ISSR praymeri ilə yalnız quraqlığa davamlı genotiplərdə 630 n.c. uzunluğunda bir spesifik amplikonun sintezi müəyyən olunmuşdur. Bundan əlavə, ilk 5 dəfə olaraq, tolerantlıq indeksləri və müxtəlif məhsuldarlıq elementləri əsasında yerli noxud genotiplərinin quraqlığa davamlılığı statistik metodların köməyi ilə tədqiq edilmiş və 62 genotip arasında 35.5% quraqlığadavamlı genotiplər aşkar edilmişdir.
|
Avtoreferat:
|
Yüklə |
Elmi əsərləri:
|
|