Adı, soyadı, atasının adı
|
Kərimova Nigar İldırım qızı |
Təhsil aldığı müəsissə: |
AMEA Genetik Ehtiyatlar İnstitutu
|
İxtisas: |
2409.01 «Genetika»
|
Mövzu: |
Azərbaycanda xroniki mieloid leykozlu xəstələrin genetik variasiyalarının molekulyar identifikasiyası
|
Elmi rəhbər: |
Tibb üzrə fəlsəfə doktoru, dosent Ç. Əsədov Biologiya elmləri doktoru, dosent G. Əkpərova-Ben-Tzvi
|
Qəbul olduğu tarix: |
|
Müdafiə etdiyi tarix: |
2023
|
Mövzunun annotasiyası: |
İlk dəfə olaraq, Azərbaycan populyasiyasında XML xəstələri və sağlam şəxslər arasında P450 sitoxrom gen ailəsinin polimorfizmlərinin allel və genotip tezliklərinin müqayisəli təhlili aparılmışdır. Aşkarlanan polimorfizmlərin allel və genotip tezliyi demoqrafik və klinik göstəricilərə əsasən tədqiq edilmişdir. İlk dəfə P450 sitoxrom gen ailəsi polimorfizmlərinin XMLin inkişafına təsiri müəyyənləşdirilmişdir. Azərbaycan populyasiyasında CYP3A5*3 geninin geniş yayılmış tək nukleotid polimorfizminin XMLin inkişafı ilə statistik əlaqəli olduğu, CYP3A4*18 polimorfizminin isə imatiniblə müalicənin rezistentliyinə təsir göstərdiyi aşkar edilmişdir. İlk dəfə olaraq, BCR-ABL kinaz domeninin müfəssəl mutasiya təhlili həyata keçirilmiş və Azərbaycanda XML xəstələrinin imatiniblə müalicəsi zamanı rezistentliyə səbəb olan əsas mutasiyalar müəyyən olunmuşdur.
|
Avtoreferat:
|
Yüklə |
Elmi əsərləri:
|
|