Adı, soyadı, atasının adı
|
Bayramov Bayram Bayram oğlu |
Təhsil aldığı müəsissə: |
AMEA Genetik Ehtiyatlar İnstitutu
|
İxtisas: |
2409.01 «Genetika»
|
Mövzu: |
Yoğun bağırsağın bədxassəli şişlərində xərçəng hüceyrələrinin genetik və epigenetik tədqiqi
|
Elmi rəhbər: |
AMEA-nın müxbir üzvü, tibb elmləri doktoru, professor N. Bayramov
|
Qəbul olduğu tarix: |
|
Müdafiə etdiyi tarix: |
2024
|
Mövzunun annotasiyası: |
İlk dəfə olaraq, yoğun bağırsaq xərçəngi diaqnozu qoyulan xəstələrin cfDNT və xərçəng toxumalarında KRAS, NRAS, BRAF və PIK3CA gen paneli üzrə onkogen və tumor supressor genlərində müxtəlif missens tipli mutasiyalar müqayisəli analiz edilmiş və maye biopsiyası üsulu optimallaşdırılmışdır. İlk dəfə olaraq, DNT metilləşməsi prosesini həyata keçirən DNMT3B geninin promotorundakı -579G>T polimorfizminə görə tədqiqat qrupları genotipləşdirilmiş, heteroziqot GT genotipi və mutant T alleli ilə yoğun bağırsaq xərçəngi riski arasında əhəmiyyətli statistik assosiasiya aşkar edilmişdir. Həmçinin, tədqiqata daxil edilən kişilər arasında və yaşı 61-dən az olan insanlarda heteroziqot GT genotipi ilə yoğun bağırsaq xərçənginin aşağı riski arasında əhəmiyyətli statistik əlaqə aşkar edilmişdir.
|
Avtoreferat:
|
Yüklə |
Elmi əsərləri:
|
|