
15:32, 30.06.2025
Genetik Ehtiyatlar İnstitutunda dissertasiya işinin müdafiəsi keçirilmişdir.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunda 30 iyun 2025-ci il tarixində Hacıyeva Nilufər Məhəmməd qızının təqdim etdiyi dissertasiya işinin FD 1.37 Dissertasiya Şurasının iclasında müdafiəsi keçirilmişdir.
İddiaçı biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq məqsədilə “Bakı şəhərində yenidoğulmuşlarda qalaktozemiya irsi mübadilə xəstəliyinin diaqnostikası, genetik heterogenliyi və təsadüf etmə tezliyinin öyrənilməsi" mövzusu ilə çıxış etmişdir.
Rəsmi opponentlərin rəyləri dinlənildikdən sonra, tədbir iştirakçılarının sualları iddiaçı tərəfindən cavablandırılmışdır. Gizli səsvermənin nəticələrinə əsasən, Nilufər Hacıyevaya biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi ilə əlaqədar AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında vəsatət qaldırılması barədə qərar qəbul edilmişdir.