
17:13, 23.06.2025
Genetik Ehtiyatlar İnstitutunda seminar keçirilmişdir
AR ETN Genetik Ehtiyatlar İnstitutunun (GEİ) doktorantı, iddiaçı biologiya üzrə fəlsəfə doktoru Lalə Saməddin qızı Hüseynovanın 2409.01– Genetika ixtisası üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün “Azərbaycan əhalisində bəzi irsi xəstəliklərin (fenilketonuriya, qalaktozemiya, mukovissidoz, leysinoz, ağdəniz qızdırması) genetik heterogenliyi və biokimyəvi polimorfizmi” mövzusunda təqdim etdiyi dissertasiya işinin BED 1.37 Dissertasiya Şurasının elmi seminarında müzakirəsi keçirilmişdir.
Seminar üzvlərinin rəyləri dinləndikdən sonra, tədbir iştirakçılarının sualları iddiaçı tərəfindən cavablandırılmışdır. Tədqiqat işi Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) tələblərinə tam cavab verdiyindən, elmi seminar üzvləri tərəfindən müsbət qiymətləndirilmiş və əsas müdafiəyə buraxılması tövsiyə edilmişdir.