XƏBƏRLƏR
15:35, 16.05.2025
Genetik Ehtiyatlar İnstitutunda doktorluq imtahanı keçirilmişdir
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunda 15–16 may 2025-ci il tarixlərində fəlsəfə doktoru hazırlığı üzrə doktorluq imtahanları təşkil olunmuşdur.
2024–2025-ci tədris ilinin yaz sessiyası çərçivəsində keçirilən imtahanlarda Genetika fənni üzrə 1 nəfər, Ümumi biologiya fənni üzrə isə 2 nəfər iddiaçı iştirak etmişdir. Doktorantlar ayrılmış vaxt ərzində verilmiş sualları cavablandıraraq imtahanı uğurla başa vurmuşlar.
İmtahan prosesinə AMEA-nın müxbir üzvü Zeynal Əkpərovun sədrliyi ilə yaradılmış komissiya rəhbərlik etmişdir.