XƏBƏRLƏR
16:32, 06.05.2025
Genetik Ehtiyatlar İnsitutunun Ağdaş Elmi Tədqiqat Bazasının əkin sahəsində pambığın müsabiqəli sort sınaq sahəsinin əkininə başlanılmışdır.

AR ETN Genetik Ehtiyatlar İnsitutunun Ağdaş Elmi Tədqiqat Bazasının əkin sahəsində 5 may 2025-ci il tarixində pambığın müsabiqəli sort sınaqları üzrə işlərə start verilmişdir. Seçilmiş sahədə pambıq toxumlarının əkin prosesi müvafiq mütəxəssislərin iştirakı ilə aqrotexniki tələblərə uyğun olaraq əl ilə həyata keçirilir. Bu sınaq pambıqçılıqda məhsuldarlığın artırılması və daha dayanıqlı sortların müəyyənləşdirilməsi baxımından böyük əhəmiyyət daşıyır.