XƏBƏRLƏR
10:51, 25.04.2025
Genetik Ehtiyatlar İnstitutunda dissertasiya işinin müzakirəsi keçirilmişdir.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunda Molekulyar sitogenetika şöbəsinin elmi işçisi Ləman Hüseyn qızı Namazovanın 2409.01 – Genetika ixtisası üzrə təqdim etdiyi dissertasiya işinin FD 1.37 Dissertasiya Şurasının iclasında müdafiəsi keçirilmişdir.
İddiaçı biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq məqsədilə “Buğda-egilops hibridlərində genetik dəyişkənliklərin molekulyar sitogenetik tədqiqi" mövzusu ilə çıxış etmişdir. Seminar üzvlərinin rəyləri dinlənildikdən sonra, tədbir iştirakçılarının sualları iddiaçı tərəfindən cavablandırılmışdır.
Gizli səsvermənin nəticələrinə əsasən, Ləman Namazovanın biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi ilə əlaqədar AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında vəsatət qaldırılması barədə qərar qəbul edilmişdir.