XƏBƏRLƏR
14:58, 28.02.2025
Genetik Ehtiyatlar İnstitutunda 1 mart – Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirildi.

Bu gün AR ETN-nin Genetik Ehtiyatlar İnstitutunda (GEİ) GEİ-nin tədbirlər planına uyğun olaraq Ümumdünya Mülki Müdafiə Günü ilə bağlı tədbir keçirildi. GEİ-nin baş direktoru AMEA-nın müxbir üzvü, prof. Zeynal Əkpərov açılış nitqində mülki müdafiə və fövqəladə hallardan mühafizə sahəsində əhalinin hazırlığının və maarifləndirilməsinin təmin edilməsi, ictimaiyyətin diqqətini fövqəladə hallardan qorunma və mülki müdafiənin təşkili məsələlərinə yönəldilməsinin vacibliyini və institutda əməkdaşların maariflənməsi məqsədi ilə həyata keçirilən tədbirlərin əhəmiyyətini vurğuladı.
​Daha sonra mülki müdafiə qərargah rəisi Valeh Əsədov çıxış edərək mülki müdafiənin yaranması tarixindən, müasir mülki müdafiə sistemi vasitələrindən məlumat verdi, onun vacibliyini və ölkə üçün həyati əhəmiyyətini iştirakçıların diqqətinə çatdırdı.
​Tədbirdə fövqəladə hadisələr zamanı davranış qaydaları, fövqəladə hallarda qorunma ilə bağlı mövcud imkanlar, ətraf mühit və təhlükəsizlik məsələləri ilə bağlı maarifləndirici söhbətlər aparıldı. Tədbir çərçivəsində mülki müdafiə sisteminin əhəmiyyəti, təbii fəlakətlərin, istehsalat qəzalarının və digər bədbəxt hadisələrin qarşısının alınması ilə bağlı təlimatlar verildi.

 

FOTO>>>