
16:20, 06.02.2025
Azərbaycan Britaniya Kollecinin şagirdləri Genetik Ehtiyatlar İnstitutunda ekskursiyada olmuşlar.
Azərbaycan Britaniya Kollecinin 11-13-cü sinif şagirdləri 6 fevral tarixində Genetik Ehtiyatlar İnstitutunda (GEİ) ekskursiyada olmuşlar.
Şagirdlər GEİ-nin Biokimyəvi genetika və texnologiya, Molekulyar sitogenetika, Molekulyar genetika və genomika, Texniki və yem bitkiləri şöbələrində elmi tədqiqatların aparılması və nəticələrin istehsalatda tətbiqi haqqında bir sıra biliklərə yiyələnmiş, müvafiq cihaz və avadanlıqlarla tanış olmuşlar. Onlara Milli Genbankda bitkilərin toplanılması və saxlanma şəraiti, bitki genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi üzrə ətraflı məlumat verilmişdir.