XƏBƏRLƏR
12:02, 04.02.2025
Genetik Ehtiyatlar İnstitutunun daha bir əməkdaşı dosent adına layiq görülmüşdür.
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 24.12.2024-cü il tarixli qərarı ilə AR Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunun Molekulyar genetika və genomika şöbəsinin aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Babayeva Sevda Maşalla qızına “2409.01 - Genetika” ixtisası üzrə dosent elmi adı verilmişdir.
Sevda Babayeva 2010-cu ildə “Mərkəzi Asiya və Cənubi Qafqaz mənşəli mərcimək (Lens culunaris Medik.) nümunələrində genetik müxtəlifliyin tədqiqi” mövzusunda dissertasiya işini uğurla müdafiə etmiş və biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
O, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən mükafatlandırılan 150 tədqiqatçıdan biridir. 50-yə yaxın məqaləsi dünyanın nüfuzlu jurnallarında çap olunmuşdur. Onun elmi əsərlərinə 650-dən artıq istinad edilmiş və hirş indeksi 12-dir.