12:22, 06.04.2024
Genetik Ehtiyatlar İnstitutunun daha bir gənc dissertantı fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.
Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası Kollegiyasının 18.03.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Abşeron Təcrübə Stansiyasında Tropik meyvə bitkilərinin becərmə texnologiyası şöbəsinin müdiri Əhmədova Elnarə Mütəllim qızına 2409.01– “Genetika” ixtisası ilə biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib.
Elnarə Əhmədova mərhum biologiya elmləri doktoru, dosent Hacı Şıxlinskinin elmi rəhbərliyi ilə “Alma genotiplərinin dəmgil xəstəliyinə davamlılıq genlərinin skrininqi və seleksiyada tətbiqi” mövzusu ilə dissertasiya işini uğurla müdafiə edib.