XƏBƏRLƏR
13:50, 19.03.2024
GEİ-nin Saray Dayaq Məntəqəsində ağacəkmə kampaniyası keçirilib.

“Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” beynəlxalq devizinə qoşulmaq üçün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə qəbul edilmiş 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı ETN Genetik Ehtiyatlar İnstitutunun (GEİ) Saray Dayaq Məntəqəsində 18 mart tarixində ağacəkmə kampaniyası həyata keçirilib.
GEİ-də yaradılmış və keyfiyyət göstəriciləri zənginləşdirilmiş üzüm bitkisi yeni ampeloqrafik kolleksiyasının yerli, qədim xalq seleksiyası və introduksiyasının 60 sortundan tədarük edilmiş, hər birindən 5 ting olmaqla aqrotexniki qaydalara uyğun olaraq, 300 ting üzvi və mineral gübrə verilməklə düzbucaqlı əkin sxemində əkilib.

 

FOTO>>>