XƏBƏRLƏR
09:40, 11.03.2024
"Elsevier" şirkəi tərəfindən elmi-tədqiqat institutlarının və ali təhsil müəssisələrinin əməkdaşlarına "Scopus" və "ScienceDirect" bazalarından istifadə üzrə təlim keçirilib.
Martın 6-da Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşklilatçılığı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində "Elsevier" şirkətinin nümayəndəsi Saide Sak tərəfindən təlim keçirilib. Təlimdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunun əməkdaşları - Kələntərova Natavan, Həsənli Lətifə, Qasımlı Bəsti iştirak ediblər.
Təlimdə " "Scopus" və "ScienceDirect" elmmetrik bazalarından səmərəli İstifadə haqqında zəruri məlumatlar çatdırılıb, yeni tədqiqat sahələri və aktual elmi mövzuları müəyyən etmək üçün istinad və nəşr tendensiyalarının təhlili aparılıb. Həmçinin iştirakçılara "Scopus"da indekslənən jurnalların metrik göstəriciləri və nəşr qaydaları haqqında geniş məlumat verilib.