XƏBƏRLƏR
14:47, 01.03.2024
Genetik ehtiyatlar institutunda mülki müdafiə ilə bağlı tədbir keçirilib.

AR ETN-nin Genetik Ehtiyatlar İnstitutunda (GEİ) 2024-cü il 01 mart tarixində GEİ-nin tədbirlər planına uyğun olaraq Ümumdünya Mülki Müdafiə Günü ilə bağlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə institutun icraçı direktoru, b.e.d. Mehrac Abbasov açıb. Daha sonra mülki müdafiə qərargah rəisi Valeh Əsədov çıxış edərək mülki müdafiənin yaranması tarixindən, müasir mülki müdafiə sistemi vasitələrindən danışmış, onun vacibliyini və ölkə üçün həyati əhəmiyyətini iştirakçıların diqqətinə çatdırıb.

 

FOTO>>>