XƏBƏRLƏR
18:38, 29.02.2024
Genetik Ehtiyatlar İnstitutunda tələbələr istehsalat təcrübəsi keçiblər

AR ETN Genetik Ehtiyatlar İnstitutunda (GEİ) 2024-cü il 27 fevral tarixində Odlar Yurdu Universitetinin (OYU) biologiya fakultəsinin 4-cü kurs tələbələri istehsalat təcrübəsi (İT) keçiblər. Tələbələr Rüşeym plazması laboratoriyasında (müdir, b.ü.f.d. Sevinc Məmmədova) və İnsan genetikası laboratoriyası (müdir Bayram Bayramov), Tərəvəz və bostan bitkiləri şöbəsi (b.ü.f.d. Sabir Həsənov), Meyvə bitkiləri şöbəsi (b.ü.f.d. Mirzə Musayev) və Dənli ,taxıl və paxlalı bitkilər şöbəsində(b.ü.f.d. Xanbala Rüstəmov) gün ərzində elmi tədqiqatların aparılması, nəticələrinin istehsalata tətbiq olunması, habelə müvafiq cihaz və avadanlıqlarla tanış olublar. İstehsalat təcrübəsi tələbələrdə elmi tədqiqat sahəsində fəaliyyət göstərmək istəklərinin, maraqlarının yaranmasına səbəb olub. Qurupun rəhbəri, OYU-nun müəllimi Münəvvər Səfərova istehsalat təcrübəsinin yüksək səviyyədə təşkilinə görə GEİ-nin rəhbərliyinə öz minnətdarlığını bildirib.

 

FOTO>>>