Məqalədə dənli paxlalı bitki genofondunun toplanması, öyrənilməsi,çoxaldılması və seleksiyada əhəmiyyətli istifadə olunması istiqamətlərindən bəhs edilir. Aparılan tədqiqatlar göstərmişdir ki,seleksiyanın əsas vəzifələrindən biri yüksək məhsuldar sort və formalar seçməklə,mexaniki üsulla yığıma yararlı,hündürboylu,alt paxlaları hündürdə yerləşən ,eyni vaxtda yetişən,paxlaları açılıb tökülməyən, həmçinin göbələk, bakteriya və virus mənşəli xəstəliklərə davamlı yeni sortlar yaratmaqdan ibarətdir. Hal-hazırki dövrün tələblərinə uyğun olaraq,respublikanın aqrobioloji potensialı nəzərə alınaraq son illər kolleksiyaya ekspedisiya materialları, həmçinin respublikanın regionlarından toplanmış sort və nümunələrlə birgə ICARDA Beynəlxalq elmi-tədqiqat mərkəzindən alınmış 400-ə qədər yeni noxud nümunəsi daxil edilmişdir.Seleksiyanın aktual istiqamətlərinə əsasən yaradılmış “Cəmilə” noxud sortu Dövlət Sortsınağında təcrübədən keçirilir.