XƏBƏRLƏR
10:22, 05.10.2023
GEİ-nin əməkdaşı TKTA-nın ekspert təliminin 3 modulunu bir ildə uğurla başa vurub.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin (ETN) Genetik Ehtiyatlar İnstitutunun (GEİ) icraçı direktoru, biologiya elmləri doktoru, dos. Mehrac Əli oğlu Abbasov ETN-nin Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) Ali təhsil müəssisələrinin (ATM) keyfiyyət təminatının qiymətləndirilməsi üzrə ekspert təliminin 2023-cü ilin 8 ayı ərzində davam edən kurslarında “ Daxili keyfiyyət təminatı mexanizmləri ”nə dair 1-ci modulunu, “Xarici keyfiyyət təminatını”na dair 2-ci və “ATM-lərin akkreditasiyası üzrə qiymətləndirmə meyarları”na dair 3-cü modullarını sentyabr ayında uğurla başa vurub və TKTA-nın müvafiq 3 sertifikatına layiq görülüb.

 

 

FOTO>>>

 

© www.genres.az