Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutu və (GEİ) və Xəzər Universiteti(XU) arasında bağlanmış sazişə uyğun olaraq GEİ-nin baş direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov və GEİ-nin icraçı direktoru, biologiya elmləri doktoru Mehrac Abbasov 2023-ci il 01 iyun tarixində XU-da keçirilən III Beynəlxalq Konfransda iştirak edib. Konfransda “Vahid Sağlamlıq: Problemlər və həllər" mövzusunda maraqlı məruzələr dinlənilib, iqlim dəyişmələri və ərzaq təhlükəsizliyinə aid elmi müzakirələr edilib. M.Abbasov “Azərbaycanda taxıl bitkiləri və onların yabanı əcdadlarının genetik müxtəlifliyi” mövzusunda təqdimatla çıxış edib. O, GEİ-də taxıl bitkilərinin genofondunun toplanılması və genetik müxtəlifliyinin tədqiqi istiqamətində aparılmış elmi tədqiqat işləri və əldə edilən nəticələri, habelə 2023-cü ildə nar və üzüm bitkilərinin genomlarının oxunması, dünyanın nüfuzlu jurnallarında dərc edilməsi haqda konfrans iştirakçılarına geniş məlumat verib və müəssisənin fəaliyyətinə dair çoxsaylı sualları cavablandırıb.
© www.genres.az