Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunun (GEİ) Ağdaş Elmi-Tədqiqat Bazasında (AETB) ETN-nin Ağdaş rayon Peşə Məktəbində “Meyvə ustası” ixtisası üzrə təhsil alan tələbələrə “Müxtəlif növ bitki sortlarının yetişdirilməsi, genetik seleksiya sahəsində elmi tədqiqatların aparılmasının ərzaq təhlükəsizliyində rolu” mövzusunda 2023-cü il 12 may tarixində GEİ-nin təşkilatçılığı ilə təlim keçirilib. Tələbələrə AETB-nin təcrübə sahələrində meyvə bitkilərinin genofond bağında aparılan elmi tədqiqat işləri haqqında, calaq materiallarının hazırlanması və calaq edilməsi, onların becərilməsi barədə geniş məlumat verilib. Bununla belə, tələbələri maraqlandıran suallar bitkiçilik sahəsi üzrə müvafiq mütəxəssislər və alimlər tərəfindən əhatəli olaraq cavablandırılıb. Təlimin iştirakçıları olan hər bir tələbə üçün AETB-nin mütəxəsisləri tərəfindən hazırlanmış təlim planına uyğun olaraq tarla təcrübələrinin və bacarıqlarının qiymətləndirilməsinin müntəzəm olaraq aparılması nəzərdə tutulub. Təlimdə GEİ-nin baş meneceri, b.ü.f.d. Rafail Mahmudov və Dənli, taxıl və paxlalı bitkilər şöbəsinin müdiri, b.ü.f.d. Xanbala Rüstəmov iştirak ediblər. Təlimlər davam etdirilir.
© www.genres.az