ELANLAR
19:51, 01.05.2023
Genetik Ehtiyatlar İnstitutunun doktorant və dissertantlarının nəzərinə

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunda(GEİ) təhsilini davam etdirən doktorant və dissertantlar ixtisas və fərq doktorluq imtahanlarını vermək üçün GEİ-nin Təhsil şöbəsində 05 may tarixinədək qeydiyyatdan keçərək 2023-cü ilin may-iyun aylarında imtahan sessiyasında iştirak edə bilərlər.

Ətraflı məlumat almaq üçün aşağıdakı ünvana müraciət edilməsi tövsiyə olunur: GEİ-nin Təhsil şöbəsi (tel.: 012 4499221; e-mail: vusalam_genetic@mail.ru)