XƏBƏRLƏR
20:06, 17.04.2023
GEİ-nin Saray dayaq məntəqəsində tarla seminarı keçirilmişdir

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunun (GEİ) mövzu planına uyğun olaraq Saray Dayaq Məntəqəsində (SDM) 2023-cü il 14 aprel tarixində tarla seminarı keçirilib. SDM-nin əkin sahələrində həyata keçirilən dənli, taxıl bitkilərinin tarla təcrübələri, çoxillik meyvə bitkiləri kolleksiyalarının öyrənilməsi, mühafizəsi və zənginləşdirilməsi, tinglik sahəsinin yaradılması haqqında GEİ-nin müvafiq şöbələrinin aparıcı icraçıları tərəfindən iştirakçılara geniş məlumat verilib. SDM-nin əkin sahələrində ayrı-ayrı ölkələrdən gətirilmiş 1000-dən artıq buğda genofondunun müqayisəli qiymətləndirilməklə, perspektiv genotiplərin seçiliməsi və hibridləşdirmə aparılmaqla daha məhsuldar və keyfiyyətli, quraqlığa və duza davamlı yeni buğda sortlarının yaradılması nəzərdə tutulur. Bununla belə, tədbirdə geniş olaraq fikir mübadiləsi aparılıb, SDM-nin ərazisində monitorinqlərin müntəzəm olaraq davam etdirilməsi, aqrotexniki və kimyəvi tədbirlərin daha operativ və səmərəli həyata keçirilməsi üçün müvafiq texniki vasitələrlə təmin olunması haqqında seminar iştirakçılarının təklif və tövsiyələri də bildirilib.

 

 

FOTO>>>

 

© www.genres.az