XƏBƏRLƏR
15:05, 15.04.2023
GEİ-nin əməkdaşı məktəbdə keçirilən yubiley tədbirində çıxış etdi.

Aərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunun Qarabağ elmi tədqiqat bazasının elmi tədqiqatçısı, alim baş aqranom Məhəmməd Şirinov,Tərtər rayon təhsil şöbəsinin təşkilatçılığı ilə rayonun Məmirli kənd tam orta məktəbində 2023-cü il 12 aprel tarixində keçirilən, Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirdə, əsas məqsədi, həm də məktəblilərin elmə, təhsilə, istehsala maraqlandırmaq olan dərin məzmunlu çıxış edib. Ulu öndər Heydər Əliyevin elm və təhsilə, kadrların hazırlanmasına xüsusi diqqət yetirdiyi, ölkəyə rəhbərliyinin ilk dövrünün canlı şahidi və mütəxəssis kadrı olan Məhəmməd Şirinovun təqdimatı və keçirilən tədbir Ümummilli liderin anılması, onun həyat məktəbinin təbliğ olunması ilə yanaşı, həm də məktəblilərdə elm və təhsilə yiyələnməkdə marağın artırılması, təbiətə, vətənə-torpağa, peşəyə-sənətə sevginin daha da gücləndirilməsi baxımından ictimaiyyətin maarifləndirilməsində çox mühüm əhəmiyyət kəsb edib.

 

Mamırlı kənd tam orta məktəbində Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir keçirilib. - YouTube