ELANLAR
18:15, 05.04.2023
AR Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunda doktorantura və dissertanturaya elektron qeydiyyat başlayır

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutu Nazirlər Kabinetinin 10 mart 2023-cü il tarıxlı 261 s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2023-cü il üçün doktorant və dissertant hazırlığı qəbul planları” üzrə qəbul elan edir:

Fəlsəfə doktoru proqramı üzrə doktorantura( büdcə hesabına):

2409.01- “Genetika” – 2 yer (əyani);

2409.01- “Genetika” – 1 yer (qiyabi);

3103.04 – “Seleksiya və toxumçuluq” - 2 yer (qiyabi).

Fəlsəfə doktoru proqramı üzrə dissertantura( büdcə hesabına):

2409.01- “Genetika” – 2 yer.

Elmlər doktoru proqramı üzrə doktorantura( büdcə hesabına):

2409.01- “Genetika” – 1 yer (qiyabi).

Elmlər doktoru proqramı üzrə dissertantura( büdcə hesabına):

2409.01- “Genetika” – 1 yer.

Sənəd qəbulu “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMİS) vasitəsilə elektron qaydada həyata keçirilir. Doktoranturaya sənəd təqdim etmək istəyənlər, təlimata uyğun olaraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin portal.edu.az saytına daxil olmalı, orada “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçərək, 2023-cü il 12 apreldən 16 may tarixinədək qeydiyyatdan keçməlidirlər.