XƏBƏRLƏR
10:54, 07.03.2023
ETN-nin Genetik Ehtiyatlar İnstitutunda Elmi şuranın iclası keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyininin (ETN) Genetik Ehtiyatlar İnstitutunun (GEİ) Dənli, taxıl və paxlalı bitkilər, Tərəvəz və bostan bitkiləri, Texniki və yem bitkiləri, Meyvə bitkiləri, Ekobotanika və sistematika, Milli Genbank, Rüşeym plazması şöbələrinin və Mərkəzi məlumat bazası qrupunun 2023-cü il üçün mövzu planlarına uyğun tərtib olunmuş elmi tədqiqat işlərinin əhatəli Proqram və fərdi iş planları müvafiq qaydada Birləşmiş ekspert şurası və işçi qrupları tərəfindən ekspertizadan keçirildikdən sonra 2023-cü i 03 mart tarixində GEİ-nin Elmi Şurasının genişləndirilmiş iclasında baxılıb. İş proqramına və hər bir fərdi mövzu planına tənqidi yanaşılıb, təhlil edilib, həmçinin tədqiqatın genişləndiriliməsi ilə bağlı tövsiyələr də verilib. Bununla belə, Ölkə Prezidentinin ərzaq təhlükəsizliyi ilə bağlı çıxışlarından, AAK-nın tələblərindən irəli gələn vəzifələr haqda, kənd təsərrüfatı bitkiləri və heyvanlarının məhsuldarlığının və keyfiyyətinin yüksəldilməsi baxımından elmi tədqiqatların səmərəli aparılması, elmi etik qaydalara ciddi əməl olunması, hər hansı bir plaqiatlığa yol verilməməsi elmi tədqiqatçıların, doktorantların, dissertantların, magistrantların nəzərinə çatdırılıb. Gündəlikdə duran digər məsələlər də iclasda müzakirə olunub. İclas, həm də icraçıların, elmi şura üzvlərinin sual-cavablandırmada aktiv iştirakı və tövsiyələri şəraitində keçib.

 

 

FOTO>>>

 

© www.genres.az