16:55, 29.05.2013
Azərbaycanın Ali Bitkiləri (Azərbaycan Florasının Konspekti. III cild)
“Azərbaycanın ali bitkiləri” kitabının III sonuncu cildi Azərbaycan florasının 2 iri həcmli fəsilələrini (Lamiaceae və Asreraceae) əhatə edir. Kitabda bu fəsilələr üzrə 172 cins və 818 növ haqqında məlumat verilmişdir. Kitaba Azərbaycanın ali bitkilərinin filogenetik sistemi və Bakı Mərkəzi Herbariumunda saxlanılan nomenklatur tiplər haqda məlumat da daxil edilmişdir.
Azərbaycan florası, bitki genetik ehtiyatları və ondan istifadə üzrə mütəxəsislər, botaniklər, ekoloqlar, eləcə də ali məktəblərin biologiya fakultələrinin tələbələri və Azərbaycan florası ilə maraqlananlar üçün nəzərdə tutulmuşdur.