XƏBƏRLƏR
11:37, 29.12.2022
Genetik Ehtiyatalr İnstitutunda ilin son elmi-kütləvi tədbiri keçirildi

“Şuşa ili” ni uğurla başa vuran Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunda (GEİ) 28 dekabrda “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” ilə bağlı və institut əməkdaşlarının yubileylərinin qeyd olunması münasibətilə GEİ-nin böyük akt zalında ilin son elmi-kütləvi tədbiri keçirildi. AMEA-nın müxbir üzvü,GEİ-nin baş direktoru, prof. Zeynal Əkpərov tədbir iştirakçılarını salamladıqdan sonra, “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” ilə bağlı video-rolikin nümayişindən öncə Azərbaycan Respublikasının Himni səsləndirildi. Zeynal Əkpərov Ulu Öndər Heydər Əliyevin 31 dekabr gününü Dünya azərbaycanlılarının həmrəylik günü olaraq tarixə daxil etməkdəki rolunu yüksək qiymətləndirməklə, 100-dən çox ölkədə məskunlaşan ümumilikdə 60 milyondan çox azərbaycanlının həmrəyliyinin hüquqi mexanizminin yaradıldığını bildirdi. Daha sonra video-rolik nümayiş olundu. GEİ-nin Fizioloji genetika şöbəsinin 3 əməkdaşı, şöbə müdiri, biologiya elmləri doktoru, professor Ramiz Əliyevin 85 illik, b.e.i., b.ü.f.d. Şəfizadə Solmaz İdris qızının 85 illik və b.e.i., b.ü.f.d. Hacıyeva Şəfiqə İslam qızının 85 illik, Meyvə bitkiləri şöbəsinin b.e.i., a.ü.f.d. Yevgeniya Xıdırova Sergeyevna qızının 70 illik və Biokimyəvi genetika və texnologiya şöbəsinin müdiri, biologiya elmləri doktoru Sadıqov Hamlet Bəykişi oğlunun 60 illik yubileyləri GEİ-nin Fəxri fərmanları və pul mükafatları ilə təltif olundu. Bununla belə, professor Ramiz Əliyev və b.e.d. Hamlet Sadıqov 26.12.2022-ci il tarixdə, həm də AMEA-nın Biologiya və Tibb Bölməsinin Fəxri fərmanları ilə təltif olunublar. Prof. Zeynal Əkpərov institutun bütün kollektivini yaxınlaşmaqda olan 31 dekabr “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və yeni təqvim ili, 2023-cü il münasibətilə bir daha təbrik etdi, onlara yeni ildə can sağlığı şəraitində elmi və elmi-təşkilati fəaliyyətlərində yeni-yeni uğurlar arzuladı.Yeni təqvim iliniz mübarək olsun! O gün olsun, Cənubi Azərbaycanda həmyerlilərimizin azadlıq hərəkatının uğurla başa çatmasını, həm də 1988-ci ildən başlayaraq Ermənistandan deportasiya edilmiş həmvətənlərimizin Qərbi Azərbaycana öz ata-baba yurdlarına qayıdacağı ili də qeyd edək! Amin!

 

 

FOTO>>>

 

© www.genres.az