XƏBƏRLƏR
10:27, 28.12.2022
Genetik ehtiyatlar institutunun əməkdaşları yeni təqvim ili şənliyini bir yerdə keçirdilər

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Genetik ehtiyatlar institutunun (GEİ) əməkdaşları yeni təqvim ili şənliyini instititun Həmkarlar ittifaqı komitəsinin, Gənc alimlər və mütəxəssislər şurasının təşkilatçılığı və maliyyə dəstəyi ilə 27 dekabr tarixində Niaqara şadlıq sarayında keçirdilər. “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və yeni, 2023-cü il təqvim ili münasibətilə keçirilən bu mədəni kütləvi tədbir də institutun elmi-təşkilati fəaliyyətinin davamı olaraq, həm də GEİ-nin tarixində ən yüksək səviyyədə,mütəşəkkil olaraq 60-dan çox əməkdaşının iştirakı ilə həyata keçirildi. GEİ-nin 2022-ci ildəki gərgin elmi fəaliyyətindən sonra istirahət etməyə mənəvi haqqı olan əməkdaşlarının iştirak etdiyi bu tədbirdə institutun rəhbərliyi, AMEA-nın müxbir üzvü, prof. Zeynal Əkpərov başda olmaqla bütün struktur bölmələrinin əməkdaşları iştirak etdilər. “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və yeni, 2023-cü il təqvim iliniz mübarək olsun! O gün olsun, bu şənliyi, həm də dünya azərbaycanlılarının digər arzularının, Cənubi Azərbaycanda millətin azadlıq hərəkatının məqsədinə çatması və Qərbi Azərbaycanda həmvətənlərimizin öz ata-baba yurdlarına qayıdacağı ildə qeyd edək! Amin!

 

FOTO>>>

 

© www.genres.az