AMEA və Monpelye Universiteti arasında imzalanmış əməkdaşlıq haqqında Saziş çərçivəsinə uyğun olaraq doktorantura səviyyəsində ikili diplom proqramı üzrə ilk müştərək doktorant , GEİ-nin Molekulyar genetika və genomika şöbəsinin əməkdaşı Səbinə Fərhadova Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin 23 sentyabr 2022-ci il tarixli 17/3 nömrəli Qərarıına əsasən AMEA-nın Fəxri fərmanı ilə təltif olunmuşdur. O, həm də GEİ-nin müvafiq saylı əmri ilə bir aylıq əmək haqqı həcmində mükafatlandırılmışdır . Fransanın aidiyyatı nüfuzlu elm və təhsil müəssisələrinin tibb elmləri sahəsində tanınmış alimlərinin də üzv olduğu Müdafiə Komissiyası tərəfindən tədqiqat işi və doktorantın elmi səviyyəsi yekdilliklə çox yüksək qiymətləndirilən, PhD elmi dərəcəsi adını almış Səbinə Fərhadovanı növbəti bir uğura , AMEA-nın Fəxri fərmanı ilə təltif olunması münasibətilə həmkarları təbrik edir, ona gələcək elmi fəaliyyətində yeni-yeni müvəffəqiyyətlər arzulayırlar.
© www.genres.az