XƏBƏRLƏR
19:03, 22.08.2022
Genetik Ehtiyatlar İnstitutunda Pakistanlı alimlərlə görüş keçirilmişdir
22 avqust, 2022-ci il tarixində Genetik Ehtiyatlar İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov Pakistan Molekulyar Biologiya Mükəmməllik Mərkəzinin direktoru professor Kausar Maliki, həmin mərkəzin əməkdaşları – Dr. Abdul Qayyum və Dr. Allah Bakhshı və İslam İnkişaf Bankının nümayəndələri -Ahmed Faruk Diken və Lalə Yusifovanı qəbul etmiş, Pakistanlı alimlərlə birgə hazırlanmış layihə geniş müzakirə edilmişdir. Görüş zamanı əməkdaşlığın daha da genişləndirilməsi, molekulyar genetika, genomika, tibbi genetika və digər istiqamətlərdə yeni layihələrin hazırlanması, eləcə də birgə yüksək ixtisaslı kadrların hazırlanması üzrə fikir mübadiləsi aparılmışdır. Görüşdən sonra qonaqlar İnstitutun Molekulyar genetika və genomika, Milli Genbank və Texniki bitkilər şöbələrinin elmi tədqiqat laboratoriyaları ilə tanış olmuş, eləcə də İslam İnkişaf Bankına təqdim olunmuş layihənin qiymətləndirmə missiyası çərçivəsində müzakirələr və təhlillər aparmışlar.
Görüşdə GEİ-nin icraçı direktoru, b.ü.f.d., dosent Mehrac Abbasov, Texniki bitkilər şöbəsinin müdiri, b.ü.f.d., dosent Ruhəngiz Məmmədova və GEİ-nin digər mütəxəssisləri iştirak etmişlər.
İşgüzar səfər 26 avqusta qədər davam edəcəkdir.
 
 

FOTO>>>

 

© www.genres.az