AMEA Genetik Ehtiyatlar İnstitutunun Tərtər rayonunun Şıxarx qəsəbəsində yerləşən Qarabağ Elmi-Tədqiqat Bazasının(QETB) təcrübə sahəsində 2022-ci il 12 iyun tarixində Dövlət İdarəetmə və Texnologiya Kollecinin aqronomluq və aqrar fermer təsərrüfatının təşkili fakültəsinin müəllim və tələbələri elmi-tədqiqat işləri ilə yaxından tanış olmuşlar. QETB-nin direktoru Həmid Mehtiyev Kollecin müəllim və tələbə heyətinə Bazanın fəaliyyəti, son illərdə yaradılmış taxıl sortları, onların Müsabiqəli Sınağı, ilkin toxumçuluğu, nümayiş və kolleksiya əkinləri, habelə işğaldan azad olunmuş ərazidə qısa zamanda, çətin şəraitdə görülən işlər barədə ətraflı məlumat vermişdir. Eyni zamanda onlar bölgələr üzrə toplanmış kartof və pomidor bitkilərinin kolleksiya əkinləri ilə də tanış olmuşlar.
Kollecin müəllim və tələbə heyəti də, öz növbəsində təcrübə sahələrində aparılan elmi-tədqiqat işləri ilə yaxından tanış olmaq üçün yaradılan şəraitə görə Bazanın əməkdaşlarına öz minnətdarlıqlarını bildirmişlər.
© www.genres.az