XƏBƏRLƏR
18:19, 26.05.2022
AMEA Genetik Ehtiyatlar İnstitutunun Elmi Əsərləri Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən dövri elmi nəşrlərin siyahısına daxil edildi

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının(FAO) Aqrar Elm və Texnologiya üzrə Beynəlxalq Sistemində (AGRIS) Azərbaycanın ilk elmi jurnalı olaraq 2022-ci il 25 mart tarixində indeksləşdirilərək xüsusi identifikasiya kodu almış AMEA Genetik Ehtiyatlar İnstitutunun Elmi Əsərləri Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən dövri elmi nəşrlərin siyahısına daxil edilmişdir. Alimlərimizin yüksək fərəh hissi keçirdiyi 28 May -Azərbaycan Respublikasının Müstəqillik Günü bayramı ərəfəsində institutun və digər aidiyyatı mərkəzi icra hakimiyyəti qurumlarının müvafiq elmi tədqiqat müəssisələrinin bütün elmi əməkdaşlarını təbrik edirik!

 

AAK

http://www.aak.gov.az/single/420