XƏBƏRLƏR
20:04, 24.05.2022
AMEA Genetik Ehtiyatlar İnstitutunun Herbari fondu zənginləşdirildi

AMEA Genetik Ehtiyatlar İnstitutunun Ekobotanika və sistematika şöbəsinin elmi işçisi Quliyeva Günel Şahin qızı 2022-ci il 16 -18 may tarixlərində mövzu planına uyğun olaraq Kürdəmir, Göyçay və Ağdaş rayonlarında elmi ekspedisiyada olmuşdur. Ekspedisiya zamanı tədqiqat obyekti olan Vələmir bitkisinin (Avena L.) 5 yabani növü (A. trichophylla, A. eriantha, A. clauda, A. ludoviciana, A. fatua) üzrə 30, eləcə də İnstitutun Herbari fondunun zənginləşdirilməsi məqsədilə mədəni bitkilərin yabanı əcdadları olan 8 cins üzrə (Vicia, Lathyrus, Onobrychis, Medicago, Securigera, Aegilops, Bromus, Hordeum) 10 növün 20 herbari nüsxəsi toplanılmış, arealları dəqiqləşdirilmiş, deskriptor məlumatları öyrənilmiş, GPS göstəricilərinə dair qeydiyyatlar aparılmış və fotoşəkilləri çəkilmişdir. Herbari materialları İnstitutun Herbari fonduna təhvil verilmişdir. İnstitutun Herbari fondunun zənginləşdirilməsi istiqamətində tədqiqatlar davam etdirilir.

 

FOTO>>>

 

© www.genres.az