AMEA Genetik Ehtiyatlar İnstitutunda fəlsəfə doktoru hazırlığı üzrə doktorant və dissertantların 2022-ci il 18 və 19 may tarixlərində Genetika və Biokimya ixtisasları və fərq Ümumi biologiya fərq fənnləri üzrə Fəlsəfə doktoru imtahanları keçirilmişdir. İmtahanlar Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin 29 sentyabr, 2020-ci il tarixli 06-R nömrəli qərarı ilə təsdiq olunmuş “Fəlsəfə doktoru imtahanlarının keçirilmə Qaydası”-na uyğun olaraq təşkil edilmiş, doktorant və dissertantlar İnstitutun Elmi Şurası tərəfindən təsdiq edilmiş sualları yazılı və şifahi, eləcə də dissertasiya işlərinin mövzularına aid sualları şifahi cavablandırmışlar. İmtahanda komissiyanın sədri, AMEA-nın müxbir üzvü Z.İ. Əkpərov və komissiyanın üzvləri iştirak etmişdir.
AMEA Rəyasət Həyəti aparatının Təhsil şöbəsinin Doktorantura sektorunun müdiri, b.ü.f.d., dosent Tubuxanım Qasımzadə İmtahanın keçirilmə prosesinə nəzarət etmişdir.
© www.genres.az