XƏBƏRLƏR
10:59, 24.05.2013
Genetik Ehtiyatlar İnstitutunun elmi işçisi FP7 Mari Curie layihəsi çərçivəsində 1 ay müddətində Fransada olmuşdur

Genetik Ehtiyatlar İnstitutunun Bitkilərin mühafizəsi laboratoriyasının elmi işçisi b.ü.f.d. Eldar Mustafayev Avropa birliyinin FP7 Mari Curie layihəsi çərçivəsində 21 aprel - 21 may 2013-cü il  tarixində 1 ay müddətində Fransanın Bordo şəhərində, “Biologie du Fruit et Pathologie, INRA” tədqiqat mərkəzində fransız alimləri ilə birlikdə tədqiqatlar aparmışlar. Aparılmış tədqiqatlar zamanı meyvə bitkilərində yayılmış virus xəstəlikləri tədqiq etmiş və meyvə bitkiləri üçün təhlükəli olan bəzi yeni virus növləri aşkar olunmuşdur. Aşkar olunmuş virusların patogenliyi, genetik müxtəlifliyi araşdırılmış. Eyni zamanda virusun aşkar olunması üçün yeni praymer dizayn edilmiş və müvafiq metodikalar işlənib hazırlanmışdır.