XƏBƏRLƏR
17:28, 14.04.2022
AMEA-nın Genetik Ehtiyatlar İnstitutu ilə Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu arasında birgə əməkdaşlıq haqqında müqavilə imzalandı
AMEA-nın Genetik Ehtiyatlar İnstitutu (GEİ) ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu (BMTBETİ) arasında 14 aprel 2022-ci il tarixdə texniki bitkilərin yeni sortlarının yaradılması istiqamətində seleksiya-genetik və bitki mühafizəsi sahəsində elmi-tədqiqatların aparılmasına dair Birgə əməkdaşlıq haqqında müqavilə (BƏHM) bağlanmışdır. BƏHM-ni bir tərəfdən GEİ-nin baş direktoru, AMEA-nın müxbir üzvü, prof. Zeynal İba oğlu Əkpərov və digər tərəfdən BMTBETİ-nin direktoru, b.e.f.d, dos. Elçin Ağası oğlu Xəlilov imzalamışdır.
Elmi tədqiqatlardan əldə olunan nailiyyətlərin təşviq olunması, təcrübə sahələrində monitorinqlərin keçirilməsi, mühüm təsərrüfat əhəmiyyətli təkliflərin hazırlanması, texniki bitkilərin yeni sortlarının yaradılması istiqamətində seleksiya genetik və bitki mühafizəsi sahəsində elmi tədqiqatların aparılması, habelə BMTBETİ və GEİ-nin mütəxəssislərinin doktorant və dissertantlarının birgə əməkdaşlığının həyata keçirilməsi əsas istiqamətlər olaraq BƏHM-də nəzərdə tutulur. Zeynal Əkpərov və Elçin Xəlilov rəhbərlik etdikləri elmi müəssisələrin fəaliyyət istiqamətləri və əldə olunan nailiyyətləri haqqında məlumat verdilər. BƏHM-in tərəflərin birgə qrant layihələrdə və elmi tədqiqatların müvafiq nəticələrinin elm-istehsal zənciri üzrə istehsalata tətbiq olunmaqla elm-biznes mühitinin formalaşmasında mühüm əhəmiyyəti istisna edilməməklə, xüsusi vəsaitin toplanmasında da rolu olacağı bildirildi. Tərəflər BƏHM-də ehtiva olunan öhdəliklərin yerinə yetirilməsi üçün institutların aidiyyatı elmi əməkdaşlarına qarşılıqlı olaraq uğurlar arzuladılar.
 
 

FOTO>>>

 

© www.genres.az