XƏBƏRLƏR
18:59, 23.12.2021
AMEA Genetik Ehtiyatlar İnstitutunda doktorant və dissertanların fəlsəfə doktoru imtahanları keçirilib.

AMEA Genetik Ehtiyatlar İnstitutunda “Genetika” və “İmmunulogiya” fənləri üzrə doktorluq imtahanı keçirilmişdir. İmtahanlar Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin 29 sentyabr, 2020-ci il tarixli 06-R nömrəli qərarı ilə təsdiq olunmuş “Fəlsəfə doktoru imtahanlarının keçirilmə Qaydası”-na uyğun olaraq təşkil edilmiş, doktorantlar İnstitutun Elmi Şurası tərəfindən təsdiq edilmiş sualları yazılı və şifahi, eləcə də dissertasiya işlərinin mövzularına aid sualları şifahi cavablandırmışlar. İmtahanda komissiyanın sədri, AMEA-nın müxbir üzvü Z.İ. Əkpərov, üzvləri b.ü.f.d., dosent M.Ə. Abbasov, b.e.d., prof. R.T. Əliyev, b.e.d. A.D. Məmmədova, b.e.d., dosent A.C.Əliyeva, b.ü.f.d. E.S. Hacıyev, b.ü.f.d., dosent N.X. Məmmədova, b.ü.f.d., N.S. Kələntərova, b.ü.f.d. V.İ. İzzətullayeva iştirak ediblər.

İmtahanın keçirilmə prosesinə AMEA Rəyasət Həyəti aparatının Təhsil şöbəsinin Doktorantura sektorunun müdiri, b.ü.f.d., dosent Tubuxanım Qasımzadə nəzarət edib və imtahanın yeni qaydalara uyğun şəkildə təşkilini yüksək qiymətləndirib.

 

FOTO>>>

 

© www.genres.az