AMEA Genetik Ehtiyatlar İnstitutunun əməkdaşları, Rüşeym plazması laboratoriyasının müdiri b.üf.d. Sevinc Məmmədova və Kənd təsərrüfatı heyvanlarını genetik ehtiyatları şöbəsinin müdiri b.ü.f.d. Ayaz Məmmədov Birləşmiş millətlər Təşkilatı və Azərbaycan Dövlət Statistika Komitəsi ilə birgə təşkil etdiyi “Azərbaycanda Dayanıqlı inkişaf Məqsədləri göstəriiləri üzrə məlumatlaın istehsalında vətəndaş cəmiyyəti ilə əməkdaşlıq imkanları” mövzusunda keçirilən hibrid seminarda iştirak etmişlər. Tədbirdə dövlət orqanları ilə yanaşı bir sıra qeyri hökumət təşkilatlarının nümyəndələri də təmsil olunurdu və keçirilməsində əsas məqsəd statistik məlumatların toplanmasında vətəndaş cəmiyyətlərinin rolu və onların bu sahədə dövlət qurumları ilə birgə fəaliyyətinin gücləndirilməsi imkanlarını müzakirə etmək olmuşdur. BMT-nin Azərbaycan üzrə Rezident Əlaqələndirici ofisinin rəhbəri Tarek Çeniti, Şimali Makedoniya Respublikası, Moldovadan və s. olan nümayəndələri öz çıxışlarında bu istiqamətdə bir sıra ölkələrdə aparılan işlər haqqında ətraflı məlumatlar vermişlər. Sonda qruplar üzrə ayrı-ayrı sahələr müzakirə edilmiş, təqdimat hazırlanaraq müzakirə olunmuşdur.
© www.genres.az