AMEA-nın müxbir üzvü, Genetik Ehtiyatlar İnstitutunun Elmi Şurasının sədri Zeynal Əkpərov ilk olaraq Şura üzvlərini və müzakirəyə toplanmış elmi tədqiqatçıları, icraçıları salamladı. O, təsdiq olunmuş qrafikə əsasən 18 noyabr tarixində Elmi Şurada dinlənilməsi nəzərdə tutulan Genetik Ehtiyatlar İnstitutunun Molekulyar sitogenetika və Molekulyar genetika və genomika şöbələrinin hesabatlarının müzakirə olunması üçün Şüra üzvlərinin yetərsayı olduğunu elan etdi. Hesabatin təqdimatı üçün söz ilk olaraq b.e.d. Aybəniz Əliyevaya verildi. O, mövzu planına uyğun olaraq 2021-ci il ərzində görülmüş işləri mərhələlər üzrə ardıcıllıqla slaydla dinləyicilərin nəzərinə çatdırdı və təqdimatdan sonra tədqiqatların aparılması ilə bağlı elmi şura üzvlərinin verdiyi sualları cavablandırdı. Mövzunun mərhələlər üzrə, müxtəlif bitkilərin növarası səciyyəvi genetik xüsusiyyətlərinin müəyyən edilməsinin, alınanan nəticələrinin praktik əhəmiyyətliyi ilə yanaşı, həm də onların gələcək tədqiqatlar üçün mühüm elmi-nəzəri mahiyyətinin istisna olunmadığı da iştirakçıların nəzərinə çatdırıldı. Hesabat yekdilliklə qəbul edildi. Növbəti iddiaçı Molekulyar genetika və genomika şöbəsinin müdiri, b.ü.f.d. Mehrac Abbasov da il ərzində görülmüş işləri, onların nəticələrini, nailiyyətlərini slaydlarla tədbir iştirkçılarının nəzərinə çatdırdı. O, şöbənin fəaliyyətinin ayrılmaz hissələri, bölmələri olan Kompyüter genomikası beynəlxalq laboratoriyasının və 2015-ci ildə təsis olunmuş İnsan genetikası laboratoriyasının şöbənin nailiyyətlərində çox böyük rolu olduqlarını bildirdi. Müvafiq sahədə 2021-ci il hesabat dövründə görülmüş işlər və aparılmış tədqiqatların nəticələri barədə hesabat vermək üçün sözü Bayram Bayramova verdi.İnsan genetikası laboratoriyasının müdiri Bayram Bayramov insan genetikası sahəsində apardıqları Respublika və dünya əhəmiyyətli çox maraqlı və mühüm əhəmiyyətli tədqiqatlarına dair və onların nəticələri haqqında məlumat verdi. Mehrac Abbasov təqdimatına davam edərək şöbənin Kompüter genomikası beynalxalq laboratoriyasının beynəlxalq aidiyyatı elmi təşkilat və müəssisələrlə əlaqələr yaratdığını və gələcəkdə bu sahədə yeni-yeni uğurların da əldə edilməsinin istisna olunmadığını bildirdi. Cari ildə Şöbənin uğurları nəinki tədqiqatlarının dünyanın inkişaf etmiş ölkələrinin nüfuzlu elmi tədqiqat müəssisələri ilə əməkdaşlıq şəraitində yerinə yetirilməsi, məqalələrinin yüksək reytinqli jurnallarda dərc edilməsi və onlara daha çox istinadların olunması ilə nəticələnmişdir, həm də institutun elmi potensialının dayanıqlığının təmin olunması üçün çox mühüm bir nailiyyəti, Mehrac Abbasovun elmlər doktoru dissertasiyasını müvəffəqiyyətlə müdafiə etməsi və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında 12 noyabrda keçirilən müsahibədə isə müdafiənin nəticəsinin yüksək səviyyədə qəbul edilməsi olmuşdur. Hesabatların hər birinin təqdimatından sonra mövzunun ayrı-ayrı mərhələlərinin icrası ilə bağlı verilmiş suallar iddiaçılar tərəfindən ətraflı cavablandırıldı. Bununla belə, müzakirələrdə Elmi Şuranın üzvləri Professor Ramiz Əliyev, b.ü.f.d Hamlet Sadıqov, b.ü.f.d Rafail Mahmudov, b.ü.f.d Xanbala Rüstəmov, b.ü.f.d. Səbinə Mehdiyeva və b.ü.f.d Vəli Qarayev məsələyə aydınlıq gətirilməsi ilə bağlı müvafiq suallar verməklə, habelə tövsiyələrlə çıxış etdilər. Elmi Şuranın sədri Zeynal Əkpərov hər bir hesabatın sonunda öz tənqidi mövqeyindən çıxış edərək, gələcək elmi tədqiqatlarda mövzular yerinə yetirilərkən mərhələlərinin nəticələrinin daha çox elmi praktikliyinə və tətbiqinə üstünlük verilməsinin, qanunvericiliyə uyğun olaraq pullu xidmət göstərilməklə xüsusi vəsaitin toplanmasına xüsusi diqqət yetirilməsinin nəzərə alınmasını da iddiaçıların, elmi tədqiqatçıların, icraçıların nəzərinə çatdırdı. Z.Əkpərov Elmi şura üzvlərinin müsbət rəylərinin nəzərə alınaraq 2021-ci il üzrə illik hesabatlarının yekdilliklə qəbul olunduğunu və bununla da iclasın sona çatdığını bildirdi. İnstitutda illik hesabatların müzakirəsi davam edir.
© www.genres.az