XƏBƏRLƏR
20:20, 02.11.2021
AMEA Genetik Ehtiyatlar Institutunda təcrübə sahələrində payız səpininə start verildi

Respublikamızın hər yerində, AMEA-nın digər elmi tədqiqat institutlarında olduğu kimi Genetik Ehtiyatlar İnstitutunda da Böyük Zəfərlə bağlı keçirilən sisilə tədbirləri ilə yanaşı, həm də mövzu planlarına uyğun olaraq il ərzində görülmüş işlər yekunlaşdırılır, alınan nəticələrə uyğun olaraq illik hesabatlar hazırlanmaqla yanaşı, növbəti ildə aparılacaq elmi tədqiqatların davam etdirilməsi üçün də müvafiq işləri görülür. Bu kompaniyaya artıq start verilmiş, ayrı-ayrı iqtisadi rayonlarda İnstitutun fəaliyyət göstərən elmi-tədqiqat və ya elmi təcrübə bazalarında, habelə Abşeron Elmi-Tədqiqat Bazasında (AETB) payızlıq bitkilərin səpininə başlanmışdır. İnstitutun AETB-nin təcrübə sahəsinə üzvi və mineral gübrələr verilərək 10,0 m2 (2 x 5 m) ölçüsündə ləklər səpinə hazırlanmışdır. “Dənli taxıl və paxlalı bitkilər” şöbəsinin əməkdaşları tərəfindən 28-29 oktyabr 2021-ci il tarixlərində təcrübə sahəsində səpin aparılmışdır. Mədəni və yabanı arpa, tetra- və heksaploid buğda növlərinə aid yeni və bərpa edilmək üçün Milli Genbankdan götürülmüş 695 kolleksiya nümunəsi və müxtəlif nəsil hibrid xətləri təcrübə sahəsində səpilmişdir. Təcrübədə öyrənilən nümunələrin məhsuldar genotiplərindən gələcəkdə seleksiya işlərində və dənli taxıl bitkilərinin Milli Genbankda mühafizə edilən genofondunun zənginləşdirilməsində istifadə olunacaqdır.